YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Bu gün Laçın rayonunun Taxta-Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü çərçivəsində YAP Laçın rayon təşkilatı Laçın Rayon İcra Hakimiyyəti ilə birlikdə rayon təşkilatının konfrans zalında tədbir keçiriblər. Tədbirdə hakim partiyanın rayon təşkilatının fəalları və Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak edidilər.

Tədbir iştirakçıları Rayon İcra Hakimyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Tədbir Azərbaycan dövlət himni ilə açıq elan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək bildirdi ki, YAP və onun böyük lideri, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, xalq çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilərdi: "Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

Tədbirdə çıxış edən Laçın rayon İcra hakimiyəti başçısının birinci müavini İlham Quluyev isə qeyd etdi ki,Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır: "Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Bunun məntiqi nəticəsidir ki, 2013-cü il prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev çox böyük uğurla qələbə qazandı".

Tədbirdə YAP Laçın rayon təşkilatının sədr müavini-YAP Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Xaliq Musyev çıxış edərək bildirdi ki, Ulu öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaq bizim üçün fəxr və qürur hissi ilə bərabər, həmçinin də böyük bir məsuliyyətdir: "Və bu məsuliyyəti ötən illər ərzində hər an dərk edən partiya üzvlərinin fəaliyyətində bir nömrəli vəzifəsi olmuşdur. Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını üstün tutan, fəaliyyətini xalqın istəkləri üzərində quran, ölkəmizin inkişafında, müasir siyasi sistemin formalaşmasında mühüm rol oynayan aparıcı və yeganə partiyadır".

Sonra Şura üzvüləri Nuruş Güləliyev, Sədaqət Məhərrəmova çıxış edərək YAP-ın yaranması və inkişafı tarixindən, hazırda 600 mindən çox üzvü olan partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışıblar. Tədbirin sonunda YAP-ın 21-ci ildönümü münasibətilə partiya və Laçın rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənən şəxslərə hakim partiyanın Laçın rayon təşkilatının Fəxri fərmanları, həmçinin YAP-ın sıralarına yeni qəbul olunmuş gənc üzvlərə partiyanın vəsiqələri təqdim edildi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə