"Joxovurd"nəşri: “Ermənistan hakimiyyəti yoxsulluğun səviyyəsi üzrə göstəriciləri gizlədir”

"Joxovurd"nəşri: “Ermənistan hakimiyyəti yoxsulluğun səviyyəsi üzrə göstəriciləri gizlədir”

"Ermənistan hakimiyyəti yoxsulluğun səviyyəsi üzrə göstəriciləri gizlətməyə davam edir". Bu haqda SİA "Joxovurd" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, ötən gün Ermənistanın Milli statistika xidməti ümumiləşdirilmiş məlumatlar dərc edib.

Məlumatda 2013-cü il yanvar və sentyabr ayına olan yoxslluq və təhlükəsizlik məsələləri yer alıb. Lakin məlumatlarda Ermənistanda yoxsulluğun səviyyəsi haqqında heç nə deyilmir. Yalnız ərzağın, onun mümkünlüyünün və istifadənin mövcudluğu haqqında məlumatlar təqdim edilib ki, bu da görünür, təsadüf deyil.

Ermənistanda yoxsulluğun səviyyəsi, hətta rəsmi statistikaya əsasən, 35 faizin daxilində qalmağa davam edir və ona görə də Ermənistan regionda ən kasıb ölkə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə