"Rusiyanın Ermənistanla birgə hava hücumundan müdafiə sistemi qurması onu göstərir ki, Rusiya Ermənistana birbaşa dəstək göstərir. Biz Rusiyanın bu addımını qəti şəkildə pisləyirik, bu bütün region üçün xoşagəlməz haldır". Bunu millət vəkili Hadı Rəcəbli SİA-ya açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, rus şovinizmi həmişə regionda sülhə və əmin-amanlığa mane olub: "Rusiyanın süni şəkildə milli münaqişələr yaratması, qonşu dövlətlərə qarşı məkrli siyasəti həmişə tarixi reallıq kimi mövcud olub. Dağlıq Qarabağ problemini həll etmək üçün müharibə yollardan biridir, amma başlıca yol deyil. Bu gün Azərbaycan regionda sülhü qoruyan əsas dövlətdir. Rusiya dövlətinin məqsədi Azərbaycana müəyyən məsələləri diqtə etməkdir. Azərbaycan dövləti isə müstəqil siyasət yürüdür, heç bir dövlətdən asılı deyil, dövlət siyasətimizdə də qonşu dövlətlərlə mehriban siyasət ana xətti təşkil edir. Ermənistan müstəqil dövlət deyil, Sarkisyan da müstəqil siyasət aparmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB