İran-Azərbaycan sərhədlərinin bağlanması körpünün köhnə olması ilə bağlı idi
Bir müddət öncə yəni noyabrın 5-də Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. SİA-nın məlumatına görə, sürücü atəşdən yayına bilsə də, amma traktora bir neçə güllə dəyib. Noyabrın 6-da Azərbaycan həmin ərazidəki Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini İran tərəfini xəbərdar edərək müvəqqəti olaraq bağlayıb. Noyabrın 7-də isə İran Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin mətbuata açıqlaması zamanı bildirib ki, iki dövlət arasında baş verən anlaşılmazlıq Culfa sərhəd-keçid məntəqəsindəki körpünün köhnə olması ilə əlaqədardır: "Culfa sərhəd-keçid məntəqəsində iki körpü mövcuddur. Bunlardan biri yeni, digəri isə köhnə körpüdür. Hazırda istifadə olunan körpü köhnədir və dağılmaq üzrədir. Bu körpünün istifadəyə yararlılığını saxlamaq üçün biz belə bir qərar qəbul etmişik ki, ağırlığı 30 tondan artıq olan yük maşınlarını buraxmayaq".
Diplomat bildirib ki, bununla belə İran-Azərbaycan sərhəddində yeni körpünün istifadəyə verilməsi və köhnə körpünün istifadədən çıxarılması ilə əlaqədar müzakirələr davam etdirilir. Möhsün Pak Ayın deyib ki, başqa sərhəd keçid-məntəqələrində ağırlığı 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişi üçün heç bir məhdudiyyət yoxdur. Səfir ümid edirik ki, iki ölkə arasında sərhədlər barədə yeni anlaşma imzalanacaq və bundan sonra sərhədlərinin bağlanması müşahidə edilməyəcək
Qeyd edək ki, İran mətbuatında Azərbaycanla sərhəddə yaranmış problemlərə dair yazı dərc olunub. Həmin yazıda bildirilib ki, 20 ildən çoxdur gündə 20 yük maşını Biləsuvar sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycandan İrana daxil olur və Culfa sərhəd məntəqəsi vasitəsi ilə ərzaq, yanacaq və digər zəruri malları Naxçıvana çatdırır. Amma Azərbaycanın həmin yük maşınlarının İranın sərhəd məntəqələrində ekoloji, texniki, ictimai və insani problemlər yaratmalarına baxmayaraq, Tehran heç vaxt onların gediş-gəlişinə mane olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB