Müsavat Partiyası və partiyaya yaxınlığı ilə seçilən tərəflərin Milli Şuraya və "EL" hərəkatına qarşı ittihamları davam etməkdədir. SİA-nın məlumatına görə, "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli Müsavatı hakimiyyətə işləməkdə günahlandıranlar onları "facebook" səifəsində sərt şəkildə ittiham edib.
V.Hacıbəyli xüsusilə, "EL" hərəkatının sədri Eldar Namazovun verdiyi müsahibəsində onları hakimiyyətə işləmək iddiasına cavab olaraq qeyd edib ki, E.Namazov müsahibəsində Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəklədiyini və kampaniyada iştirak etdiyini deyir: "Onun sözündən belə çıxır ki, C.Həsənlinin 0.5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. E.Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib. Eyni ittihamları R.Quliyev də son müsahibəsində səsləndirib. O da C.Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb. Hətta buna görə onların hakimiyyətdən pay aldığını da dilə gətirib".
V.Hacıbəyli eyni zamanda qeyd edib ki, əslində R.Quliyevlə bağlı məsələ də ona məlumdur: "O indi nəinki müxalifəti söyməyə, hətta yarınmağa hazırdı ki, təki ona münasibətdə Ayaz Mütəllibova göstərilən mərhəmət nümayiş etdirilsin…Bu da həmin şəxsin mənəvi deqradasiyasını göstərir. Lakin görünən odur ki, R.Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası E.Namazovu qətiyyən narahat etmir. Onun verdiyi müsahibədən də aydın olur ki, E.Namazovun hədəfi Rəsul Quliyev kimi Müsavatdı. Bu halda E.Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvu haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB