ABŞ-ın San-Fransisko şəhərində fəaliyyət göstərən Yəhudi İctimai Əlaqələr Şurasının icraçı direktoru, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş ravin Daqlas Kanın Şimali Kaliforniyanın ən nüfuzlu yəhudi nəşri olan "Jewish Weekly" qəzetində Azərbaycan haqqında geniş məqaləsi dərc olunub.
Müəllif Humanitar Forumda iştirak etməklə Azərbaycanı yaxından tanımaq üçün imkan yarandığını, ölkəmizdə mövcud olan güclü tolerantlıq ənənəsinə heyran qaldığını vurğulayır, yəhudi icmasının burada uzun əsrlərdən bəri rahat şəkildə yaşadığını bildirir. D.Kan dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini etiqadlara dövlət tərəfindən eyni səviyyədə qayğı göstərildiyini yazır.
D.Kan sürətlə inkişaf edən və geniş quruculuq işlərinin aparıldığı Azərbaycanda Prezident İlham Əliyevin xalqın böyük dəstəyinə malik olduğunu diqqətə çatdırır. O, dövlətimizin başçısının Forumda Azərbaycanın multikulturalizmə sadiqliyi, eləcə də ölkədə müxtəlif etnik qruplar və dini konfessiyalar arasında müsbət münasibətlərin mövcudluğu barədə söylədiyi fikirlərin önəmini qeyd edir. Bundan başqa, o, yazıda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdıraraq dünya birliyinin bu məsələ ilə bağlı susqunluq nümayiş etdirdiyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB