Səfir: "İsrailə vizasız gediş-gəlişlə bağlı müvafiq müqavilə imzalanacaq"

Səfir: "İsrailə vizasız gediş-gəlişlə bağlı müvafiq müqavilə imzalanacaq"

"Çox yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə vizasız gediş-gəlişi ilə bağlı müvafiq müqavilə imzalanacaq". SİA xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşları üçün viza rejimi asanlaşdırılacaq: "Son vaxtlar İsrailə səfər edən azərbaycanlıların sayında artım müşahidə edilir. Bu da iki tərəf arasında çox vacibdir. Biz hər ölkə ilə vizanın aradan qaldırılması məsələsini gündəmə gətirmirik. Lakin Azərbaycan bizim üçün çox önəmli olduğundan çox yaxın zamanlarda vizasız gediş-gəliş məsələsi həll olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə