"Bu gün Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyişin olması inandırıcı deyil". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hüseynbala Mirələmov prezidentlərin bugünkü görüşünə münasibət bildirərkən deyib.
O bildirib ki, bu məsələnin müzakirəsində irəliləyişin olacağı neçə illərdir eşidilir: "Bu məsələ söhbətdən uzağa gedən deyil. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli çox uzun prosesdir. Biz dəfələrlə Ermənistanın və dünya güclərinin nəzərinə çatdırmışıq ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq qanun çərçivəsində həllinə hazırdır. Lakin Ermənistanın tutduğu mövqedə qalması problemin həllinə hər zaman maneçilik törədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB