Prezident İlham Əliyev: Ukrayna bizim üçün dost və qardaş ölkədir
"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birini Ukraynaya etməsi xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir". Bunu Ukrayna Prezidenti Viktor Yanukoviç noyabrın 18-də Kiyevdəki "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil edilən rəsmi qəbulda deyib.
Azərbaycan-Ukrayna əlaqələrinin böyük perspektivinin olduğunu vurğulayan Viktor Yanukoviç səfər zamanı imzalanan sənədlərin münasibətlərin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu səfərin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına təkan verəcəyinə ümid etdiyini deyən Prezident İlham Əliyev Ukraynanın bizim üçün dost və qardaş ölkə olduğunu vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ukrayna ilə münasibətlərin inkişafına böyük önəm verir.
Səfər zamanı müxtəlif sahələri əhatə edən mövzularla bağlı geniş müzakirələrin aparıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, dövlət başçılarının mövqeləri üst-üstə düşür. Çünki hər iki ölkədə aparılan siyasətin əsasında dövlətlərimizin və xalqlarımızın milli marağı dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB