“Rusiya bəyanat verməkdənsə, real iş görsün”

“Rusiya bəyanat verməkdənsə, real iş görsün”

"Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun bu açıqlaması səmimi və inandırıcı görünmür. Çünki Rusiya həqiqətən də Dağlıq Qarabağ məsələsinin həllində ədalətli addım atmaq istəsəydi, əvvəlcə Ermənistana yardım etməzdi. Digər tərəfdən isə, faktiki olaraq vasallına, əlaltısına çevrilmiş Ermənistana bu vaxta qədər açıq şəkildə bir dəfə də olsun təzyiq göstərərdi".

Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

O qeyd edib ki, Rusiya başda olmaqla, bütün dünya bilir ki, Dağlıq Qarabağ probleminin həlli məhz Ermənistanın mövqeyinə görə mümkün olmur: "Bu zaman sual yaranır, bəs bu, Ermənistanın öz mövqeyidirmi? Təbii ki, yox. Rusiya ATƏT-in Minsk qrupuna daxil olan üç ölkədən biri kimi bu problemin mahiyyətini daha yaxşı bilir. Həmçinin, Ermənistan faktiki olaraq Rusiyanın quludur, Rusiya olmasa, Ermənistan bir gün belə mövcud ola bilməz. Deməli, Dağlıq Qarabağ məsələsində əsas mövqeyi Rusiya ortaya qoymalı, ədalət nümayiş etdirməli, Ermənistan rəhbərliyinə təzyiq etməlidir ki, Azərbaycan torpaqları boşaldılsın. Sergey Lavrov bu cür "optimist" bəyanat verməyindənsə, Rusiya real iş görsün".

Bütün xəbərlər Facebook səhifəmizdə