Aydın Hüseynov: YAP Azərbaycanın dövlətçilik və milli maraqlarına xidmət edir AÇIQLAMA

Aydın Hüseynov: YAP Azərbaycanın dövlətçilik və milli maraqlarına xidmət edir AÇIQLAMA

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətdə çox böyük nüfuza malikdir. Təbii ki, hakim partiyanın nüfuzu, qüdrəti günü-gündən daha da artır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov hakim partiyanın 21 illiyi ilə bağlı qazanılan tarixi nailiyyətlər barəsində danışarkən deyib.

YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, hakim partiya 2013-cü ilin 9 oktyabrında keçirilən prezident seçkilərində öz qalibiyyətini bir daha təmin etdi: "Hakim partiyanın bugünkü uğurlarının kökündə təbii ki, Ulu öndər Heydər Əliyev zəkası dayanır. YAP fəaliyyətə başladığı tarixdən etibarən dahi şəxsiyyətin ideyasına, zəkasına söykənərək, Azərbaycanın dövlətçilik və milli maraqlarına xidmət edib. Bununla da o, öz məramında qanunçuluğu, dövlətçiliyi hər şeydən üstün tutduğunu élan edib. Bu gün YAP cəmiyyətə çox böyük inteqrasiya edib. Hakim partiya Azərbaycan xalqının, vətəndaşlarının maraqlarını ifadə edən və onun etimadının doğrultması yolunda böyük işlər görən siyasi qurumdur. Dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə