Elman Nəsirli: “Ermənistan hər dəfə görüşlərdə başqa fikirlər səsləndirir” AÇIQLAMA
"Bu görüşə keçirilən digər görüşlərdən fərqli olaraq böyük ümidlər bəslənilir. Təbii ki, bu da səbəbsiz deyil". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada təşkil olunan görüşünə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, uzun müddət idi ki, prezidentlər səviyyəsində görüş keçirilmirdi: "Hətta Xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi belə problemə çevrilmişdi. Sevindirici haldır ki, artıq bu gün bu görüş baş tutacaq. Hesab edirəm ki, həmin görüş bir sıra məqamları ilə diqqəti cəlb edir. Birincisi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama cənab Prezident İlham Əliyevə 9 oktyabrda qazandığı qələbə münasibətilə ünvanladığı təbrik məktubunda bu görüşə xüsusi əhəmiyyət verdiyini və eyni zamanda bunu tarixi bir fürsət kimi qiymətləndirmişdi. Təbii ki, bu, çox maraqlı bir məqamdır. Belə ki, əgər ABŞ prezidenti bu görüşü tarixi fürsət adlandırıbsa, hesab edirəm ki, burada hansısa uğurlu nailiyyətlər əldə oluna bilər. İkincisi, Azərbaycan Prezidenti İlham Əliyev ermənistanlı həmkarı ilə görüşə o halda gedəcəyini bəyan edib ki, danışıqlarda müəyyən pozitivlik olsun, bu görüş görüş naminə keçirilməsin. Hətta cənab Prezident dəfələrlə çıxışlarında bildirib ki, Ermənistan tərəfi hər dəfə təşkil olunan görüşlərdə başqa-başqa fikirlər səsləndirir. Vyanada təşkil olunan görüşdə yeni təkliflərin verilməsi ilə bağlı heç bir məlumat yoxdur. Guman olunur ki, Afinada irəli sürülən yenilənmiş Madrid prinsipləri yenidən gündəmdə olacaq".
Qeyd edək ki, Vyanada təşkil olunan görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB