"Cəmil Həsənlinin Bakıda olmamasından istifadə edən Müsavat Partiyasının funksionerləri lazımsız aktivlik nümayiş etdirir. Dəhşətə gəlirəm. Niyə belə edirlər?". SİA-nın məlumatına görə, bunu Milli Şura üzvü, "EL" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib.
E.Quliyev qarşı tərəfi nankorluqda suçlayıb: "…Arif Hacılının iddialarını oxudum. İddia haqqında iddialı adamın, bu boyda iddialı yazısı heç başa düşülən deyil".
Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin də açıqlamasına münasibət bildirən E.Quliyev deyib ki, Milli Şura heç kəsin şəxsi qurumu deyil: "Arzu Səmədbəyli praqmatik siyasətçidir. Mən onların nəzərinə çatdırıram ki, Milli Şura ideyası, arxitekturası Rüstəm İbrahimbəyova aiddir…Rüstəm İbrahimbəyovundursa siz, onu necə kənarda saxlaya bilərsiniz? Bu gün ona qarşı bəzi iddialarla çıxış etmək nankorluğa oxşayır. Nankor olmaqdan çəkinmək lazımdır. Vaqif Hacıbəylinin yanaşmasını isə sözün həqiqi mənasında səfehlik sayıram".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB