Mirkazım Kazımov: Ermənistan mövqeyinə dəyişiklik etməlidir

Mirkazım Kazımov: Ermənistan mövqeyinə dəyişiklik etməlidir

"Cənab Prezidentimiz həmişə bütün dünyaya nümunə göstərib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda Ermənistan prezidentindən fərqli olaraq Prezident İlham Əliyevin mövqeyi həmişə aydın və qəti olub".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin baş tutacaq görüşünə münasibət bildirən millət vəkili qeyd edib ki, bu görüşdə də Azərbaycanın mövqeyi həmişəki kimi konkret olacaq: "Ancaq heç bir ədalətli, konkret mövqe ortaya qoya bilməyən Ermənistan gərək mövqeyinə dəyişiklik etsin. Çünki proseslər heç də Ermənistanın xeyrinə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə