Eldar İbrahimov: Naxçıvanda yanacağın bahalaşması fikri absurddur
"Son günlər Naxçıvan-İran sərhəddində müəyyən gərginliklər yaşanır. Ancaq bu kimi hallar Naxçıvan iqtisadiyyatına heç bir xələl gətirə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.
Millət vəkili məsələ ilə əlaqədar şəxsən özünün Azərbaycanın İrandakı səfiri ilə danışdığını bildirib: "Yanacağın bahalaşması məsələsinə gəlincə, belə bir fakt yoxdur və bu absurddur".
Onun sözlərinə görə, müəyyən narazılıqların olması istisna deyil: "Bu istiqamətdə işlər aparılır, inanıram ki, İran dost ölkə kimi yaxın günlərdə yolun açılması problemini həll edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB