"Düşünürəm ki, Ermənistan tərəfi yenə də qeyri-konstruktivlik göstərəcək. Sarkisyan özünün məntiqsiz və əsassız mövqeyindən çəkinməyəcək. Ancaq o anlamalıdır ki, qeyri-konstruktiv mövqeyindən nə qədər əl çəkməyəcəksə, Ermənistan problemlər içərisində bir o qədər itib-batacaq".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin keçiriləcək görüşünə münasibət bildirən millət vəkili qeyd edib ki, Qarabağ probleminin bu günə kimi həll olunmaması məhz Ermənistan tərəfinin mövqeyinə görədir: "Onlar ədalətsiz mövqelərini illərdir ki, nümayiş etdirirlər. Baş tutacaq görüşdə Ermənistan prezidenti özünün ənənəvi mövqeyindən çəkilməyəcək. Ancaq bu mövqenin gətirdiyi fəlakətlər artıq göz qabağındadır. Bu gün Ermənistanda sosial problemlər, kriminal proseslər, özbaşınalıqlar o həddə çatıb ki, Ermənistan dağılmaqla üz-üzədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB