“Təkan” TGİB yeni layihəyə start verib

“Təkan” TGİB yeni layihəyə start verib

"Təkan" Tələbə Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri" adlı yeni bir layihəyə start verib.

SİA-nın məlumatına əsasən, layihə çərçivəsində Bakı şəhəri və bir sıra regionlarda yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri keçiriləcək. Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərə sosial –psixoloji dəstəyin göstərilməsi, bu prosesdə ictimai nəzarət mexanizminin formalaşmasına təkan vermək və həmin yaş kateqoriyasından olan şəxsləri bu mövzu ilə bağlı məlumatlandırmaqdır.

Həmçinin qeyd edək ki, mövzu ilə bağlı "Təkan" TGİB-i tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Özünəqəsdin sosial-psixoloji amilləri" adlı kitab da çap edilib.

Tədbirlərə 16 noyabrdan başlayaraq start veriləcək.

İlk tədbir Bakı şəhəri, Nizami rayon 129 nömrəli məktəbdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə