Əli Orucov: “Müxalifətin hər hansı bir təsirindən söhbət gedə bilməz” MÜNASİBƏT
"Müxalifət hazırda pərakəndə şəkildə fəaliyyət göstərir". Bu sözləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Orucov müxalifət düşərgəsinin hazırkı vəziyyətini şərh edərkən deyib. O bildirib ki, müxalifət düşərgəsi ölkəmizdə keçirilən prezident seçkilərindən sonra bir araya gələ bilmədi.
Onun sözlərinə görə, müxalifət bir mövqedən çıxış etməyi bacarmır: "Müxalifətin pərakəndə şəkildə fəaliyyəti onların parçalanmasına gətirib çıxarır. Bu da o deməkdir ki, hazırda müxalifətin ölkədə gedən siyasi proseslərə hər hansı bir təsir imkanından söhbət gedə bilməz. Bu cür pərakəndə, halda nəyəsə nail olmaq mümkün deyil. Bu gün müxalifətin cəmiyyətin müzakirəsinə verə biləcəyi nə güclü komandası, nə kadrları, nə də alternativ layihələri yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB