Sərdar Cəlaloğlu: “Kimsə özümüzə başqan gətirsək, kimisə dəyişdirsək yaxşı olar iddiaları yalnışdır”

Sərdar Cəlaloğlu: “Kimsə özümüzə başqan gətirsək, kimisə dəyişdirsək yaxşı olar iddiaları yalnışdır”

"Ənənəvi müxalifət partiyalarında qarşıdurmalar, çəkişmələr yeni müxalifətin yaranmasına gətirib çıxaracaq". SİA-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşərgə daxili vəziyyətə münasibət bildirərkən belə qənaətə gəldiyini qeyd edib.

Digər ziddiyyətli məsələlərdən doğan məqamlara da toxunan Cəlaloğlu bildirib ki, bu da subyektiv fikirlərin ortaya çıxmasıdır: "Müxalifət daxilində subyektiv məsələlər var ki, bu da partiya daxilindən qopmalara gətirib çıxarır. Kimsə özümüzə başqan gətirsək, kimisə dəyişdirsək yaxşı olar iddiaları yalnışdır".

Liderlərin dəyişdirilməsi amilinin partiyalarda parçalanma yaratdığını deyən ADP sədri bunu digər siyasi təşkilatlardakı vəziyyətlə müqayisə edib: "Azərbaycan siyasətində təcrübə onu göstərir ki, partiya liderlərinin dəyişdirilməsi partiyaların tənəzzülünə gətirib çıxarır. Biz bunun Liberal partiyasında, AMİP-də şahidi olduq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə