Araz Əlizadə: “Müxalifət hələ də dərk etmir ki, “ölünün qıdığı belə gəlmir" ” AÇIQLAMA

Araz Əlizadə: “Müxalifət hələ də dərk etmir ki, “ölünün qıdığı belə gəlmir" ” AÇIQLAMA

"Cəmil Həsənlinin xaricə səfər edib-etməməsi heç nəyi dəyişməyəcək". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Cəmil Həsənlinin Amerika Birləşmiş Ştatlarına (ABŞ) planlaşdırdığı səfərə münasibət bildirərkən deyib.

"Bunlar hər dəfə xaricə üz tutsalar da, sonda kor-peşman qalıb, geri dönürlər. Hətta onlara xarici himayədarları tərəfindən müəyyən maliyyə vəsaitlərinin verilməsinə baxmayaraq, ənənəvi müxalifət yenə də məğlubiyyətə məhkumdur. 20 ildən artıqdır ki, insanlara eyni sözü, yalan vədləri verən radikal müxalifət heç vaxt dəyişməyəcək. Bunların elə çörək pulları məhz buradan çıxır. İndi də bu insanlar "Milli Şura"nın həmsədrlər tərəfindən idarə olunması məsələsini ortaya atıblar. Onlar hələ də bir şeyi dərk etmirlər ki, "ölünün qıdığı belə gəlmir" ".

Bütün xəbərlər Facebook səhifəmizdə