"Eldəniz Quliyev əvvəllər mənə qardaşım deyirdi, amma bu gün mənə böcək deyir. Mən öz elimin, vətənimin böcəyiyəm. Mən böcək ola bilərəm, amma Eldəniz Quliyev kimi satqın, alçaq və simasız deyiləm". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının sədri Əflan İbrahimov bildirib.
E.Quliyevin satqınlıq edib, SOROS fondundan və xarici dövlətlərdən qrant aldığını deyən Ə.İbrahimov onu karvana hürən it adlandırıb: "Mən bunu açıqlamaq istəmirdim. Siyasi yollarımız ayrılsa da, hər şeyi açmaq istəmirdim. Eldəniz Quliyev Rusiyanın agentidir, İranda da kəşfiyyat orqanları ilə əlaqələri var. Mən isə Qarabağ döyüşçüsüyəm, Eldəniz Quliyevin anadan olduğu Laçında, Kəlbəcərdə döyüşmüşəm. Bəs o nə edib?"
"EL" Hərəkatının sədri Ə.İbrahimov E.Quliyev haqqında maraqlı bir fakt da açıqladı. Bildirdi ki, vaxtilə Əlikram Hümbətovun müavini olan Mehdibəy Səfərov illərdir ki, Eldəniz Quliyevlə birlikdədir: "Eldəniz Quliyevi də, Mehdibəy Səfərovu da Azərfilmdən qovdular. Çünki olduqca naşı, səriştəsiz və alçaq adamlardır. Məni hər yerdə kişi kimi tanıyırlar. Amma Eldəniz Quliyev sürünə-sürünə, böhtan ata-ata çörək yeyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB