Bakıda keçirilən "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop öz işinə uğurla davam edir. SİA-nın məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Workshop-un ilk işçi günü müddətində "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq-professor Fuad Məmmədovun "Kulturologiya və insan inkişafı" mövzusunda təqdimatı, Kulturologiya Mərkəzinin eksperti Tamerlan Dəmirbəylinin "İntelektual kapital və bilik menecerləri" mövzusunda master-klass keçirilib.
Tədbirdə həmçinin, "Avropa, Asiya və Amerikada intelektual mədəniyyət" adlı video prezentasiya təqdim olunub, mövzu ətrafında geniş müzakirələr aparılıb. Workshop-un ilk işçi günü "Biliyə əsaslanan iqtisadiyyat və bilik menecmenti" mövzusunda Fokus-qrup ilə yekunlaşdırıb. Tədbir 3 gün ərzində davam edəcək. Dekabr ayında keçiriləcək "Akkulturasiya" üzrə hesabat-konfransda isə Workshop-un işinə yekun vurulacaq.
Qeyd edək ki, tədbir "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop layihəsi çərçivəsində reallaşıb. Bununla bağlı layihə rəhbəri Tamerlan Dəmirbəyli qeyd edib ki, məqsəd biliyə əsaslanan cəmiyyətin əsasını təşkil edən intelektual mədəniyyətin inkişafı üçün gənclərə universal kulturoloji biliklərin öyrədilməsidi. O, bildirdi ki, layihənin nəticəsi ölkə rəhbərliyinin əsas prioritet hesab etdiyi "qara qızılın insan qızılına çevrilməsi" prinsipinə uyğun olaraq dövlətimizin strateji inkişafı üçün bilik menecerlərinin formalaşdırılmasına, biliyə əsaslanan iqtisadiyyatın qurulmasına töhfə verə biləcək gənc mütəxəssislərin hazırlanmasıdı. Layihə rəhbəri vurğulayıb ki, bu unikal tədbirin ölkə iqtisadiyyatının gələcəyi üçün biznes, sahibkarlıq, nou-xau məsələlərinin dinamik inkişafı, tədqiqatlarda və texniki ekspertizalarda elmi metod və üsulların qavranılması üçün universal kulturoloji təhsilin önəmliliyi, distant təhsilin üstünlüyü, ali məktəblərdə biznes inkubasiyalarının və elmi parkların yaradılmasının vacibliyi nəzərdən qaçmamalıdı.
Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə oktyabr ayında start verilən İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə gənclər üçün Workshop layihəsi çərçivəsində artıq "Kulturoloji layihələrin idarəolunması", "Kulturologiya və milli inkişaf" mövzularında seminar-treninqlər keçirilib, gənc yazarların özünüifadə etməsi üçün Kulturoloji daycestlər nəşr olunub. Layihənin növbəti tədbirləri ölkədə bilik menecerlerinin formalaşdırılması və bunun üçün, tədqiqat, texniki dəstək və konsultasiya proseslərinin gənc mütəxəssislərə çatdırılması məqsədilə genişmiqyaslı araşdrmanın aparılması olacaq. Uğurla davam edən layihə dekabr ayında başa çatacaq. Dekabr ayında, həmçinin, layihənin nəticələrini özündə əks etdirən "Akkulturasiya" kitabının təqdimatı da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB