İlqar Orucov: “QHT-lər birmənalı olaraq siyasi fəaliyyətlə məşğul ola bilməzlər”

İlqar Orucov: “QHT-lər birmənalı olaraq siyasi fəaliyyətlə məşğul ola bilməzlər”

"Qanunvericilik tərəfindən qadağan olunmasına baxmayaraq bəzi QHT-lər müəyyən siyasi qüvvələrin təsiri altında fəaliyyət göstərməkdədirlər. Bəzən hətta bu təsir özünü o qədər qabarıq büruzə verir ki, sanki QHT hansısa siyasi partiyanın alt qurumudur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.

Onun sözlərinə görə, QHT rəhbəri və ya təmsilçisi hansı qütbdə dayanmasından asılı olmayaraq hər hansı siyasi qüvvənin təəssübünü çəkə bilər, konkret siyasi mövqeyə malik ola bilər, lakin bu onun təmsil olunduğu QHT-nin fəaliyyətinə təsir etməməlidir: "Hesab edirəm ki, bu cür hallar yolverilməz və qəbuledilməzdir. QHT-lərin fəaliyyətini tənzimləyən "İctimai birliklər və fondlar haqqında Qanun"da əksini tapmış müvafiq hüquqi normalar və qaydalar bilavasitə QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasını qadağan etdiyi üçün ictimai birliklərin siyasiləşməsini zərərli hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə