Elmar Məmmədyarov İndoneziyaya yola düşüb

Elmar Məmmədyarov İndoneziyaya yola düşüb

Noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər il keçirilən Demokratiya Forumunun bu ilki mövzusu "Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi" olacaq.

Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə