Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə üçüncü dəfə seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzulayıram".

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səuddan: "Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzulayıram".

Rusiya Federasiyasının Federasiya Şurasının üzvü Ralif Safindən: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həmvətənlərinizin Sizə göstərdiyi yüksək etimad Azərbaycan dövlətinin təşəkkülünə və inkişafına, onun iqtisadi tərəqqisinə şəksiz töhfələrinizin etiraf edilməsinin sübutudur.

Sizə yeni uğurlar, Azərbaycan Respublikasına əmin-amanlıq və firavanlıq arzu edirəm".

ABŞ-ın Minnesota ştatının Senatoru Alis Consondan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu ilin may ayında mən Niaqara Fondunun qonağı kimi Azərbaycanda səfərdə oldum. Heyrətamiz idi. Sizin ölkəniz haqqında təəssüratlarımız, həmçinin qonaqpərvərliyiniz unudulmazdır. Ərim də, mən də inanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır.

Əminəm ki, ölkəniz dünyada sülh naminə fəaliyyət göstərməkdə davam edəcəkdir. Bu işi görmək üçün Sizin nadir mövqeyiniz vardır.

Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, gələcəkdə gözəl ölkənizə bir daha səfər edəcəyəm".

İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əlidən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Seçkilərdə qazandığınız inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və dövlətinizin misilsiz nailiyyətlərinə verdiyi qiymətin sübutudur.

Fürsətdən istifadə edərək Azərbaycan xalqının rifahı naminə yorulmaz səylərinizdə İslam İnkişaf Bankı Qrupunun hər zaman Sizi dəstəkləməyə hazır olduğunu bildirmək istərdim. Bizim Bank Azərbaycanın İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrinin davamlı tərəqqisi və inkişafı naminə göstərdiyi səyləri dəstəkləmək məqsədilə bütün imkanlarını Sizə təqdim etməyə hazırdır.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

"İTERA" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi şəxsən öz adımdan və "İTERA" Beynəlxalq Şirkətlər Qrupunun bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Üçüncü dəfə Prezident seçilməyiniz Sizin gözəl ölkəniz üçün həqiqətən tarixi əhəmiyyətli, taleyüklü hadisədir. Bu, həm Sizin yürütdüyünüz siyasətin Azərbaycan xalqı tərəfindən fəal dəstəklənməsinə dəlalət edir, həm də Azərbaycan Respublikasında sabitlik, tərəqqi və firavanlıq yolu ilə daha da irəliləmək üçün çox mühüm amildir.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə böyük uğurlar, əməksevər Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və sabaha inam arzulayıram".

Gürcüstan Parlamentinin deputatı Azər Süleymanovdan: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın parlaq gələcəyi naminə şərəfli və məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, Gürcüstan azərbaycanlıları ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsini, milli respublikamızda baş verən sürətli dəyişiklikləri Sizin adınızla bağlayır və onun xoşbəxt gələcəyinin də məhz Sizinlə gələcəyinə qəti inamımı bildirir.

Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

ABŞ-ın Cənubi Dakota ştatının Nümayəndələr Palatasının üzvü Lans S.Rasseldən: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan düzgün istiqamətdə irəliləyir və inkişaf edir. Mən Azərbaycanın ABŞ və Avropa ilə iqtisadi əlaqələrini genişləndirməsini və gücləndirməsini böyük maraqla izləyirəm.

Sizin bu səyləriniz yüksək dəyərləndirilir. Dövlətlərimiz arasında iqtisadi, demokratik və mədəni oxşarlıqlar gündən-günə artır.

Əminəm ki, Azərbaycan uğurlu inkişafını və ABŞ ilə strateji tərəfdaşlığını davam etdirəcəkdir.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və rifah diləyirəm".

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru, Dağıstan Respublikasının və Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Şaqlar Xalikovdan: "Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Teatrının kollektivi Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edir.

Sizə Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".

ABŞ-ın Şimali Dakota ştatının Nümayəndələr Palatasının üzvü Kori Mokdan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin səmərəli fəaliyyətiniz Azərbaycanı regiondakı inkişafın ayrılmaz hissəsinə çevirmişdir.

Azərbaycanın demokratik prosesə verdiyi töhfəni alqışlayıram. Dünyada böyük dövlətlərin çox olmasına baxmayaraq, ən yaxşı və etibarlı hökumətlər xalqına öz arzularını reallaşdırmaq imkanı yaradanlardır. Yenidən Prezident seçilməyiniz xalqınızın Sizə inamının və Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyin təsdiqidir.

Sizin Azərbaycan dövləti ilə mənim doğma ştatım Şimali Dakota arasında oxşar cəhətlər çoxdur. Bizim hökumətlərimiz dövlətimizin və xalqımızın inkişafına daim sadiqdirlər. Ölkələrimiz sərhədlərimizdən kənar qonşu ölkələrlə bölüşdüyü zəngin təbii sərvətlərə malikdir. Bir-birimizdən öyrənməli olduğumuz çox şey var və mən dünyanın bizə məxsus kiçik hissəsini evimiz adlandıra biləcəyimiz bir məkana çevirmək üçün sizinlə və azərbaycanlı həmkarlarımla çalışmaqdan məmnunluq duyaram.

Növbəti aylarda və illərdə ABŞ ilə Azərbaycan arasındakı güclü əlaqələrin daha da inkişaf edəcəyinə əminəm.

Münasibətlərimizin inkişafında maraqlı olduğumu bildirmək istəyirəm.

Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizə davamlı uğurlar diləyirəm.

Cənab Prezident, ən xoş arzularımı və təbriklərimi qəbul edin".

ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Jozef M.Soukidən: "Havay Ştatının qanunverici hakimiyyəti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirir.

Birləşmiş Ştatlar ilə Azərbaycan arasında ümumi strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq mövcuddur. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısını almaq, qlobal səviyyədə tolerantlıq və tərəqqini təşviq etmək üçün birlikdə işləyirlər.

Ümumi maraqlarımız daha geniş şaxələndirmə, tolerantlıq, həmçinin milli azlıqlara hörmət, gender hüquqları və s. sahələri əhatə edir. Hər bir demokratik sistem üçün vacib olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Yenidən Prezident seçilməyiniz Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Sizin ölkə və xalq qarşısındakı xidmətlərinizin, qətiyyətli mövqeyinizin təsdiqidir.

Azərbaycan Respublikası ABŞ-ın Havay Ştatı ilə bütün sahələrdə, o cümlədən ticarət, mədəniyyət və təhsil sahələrində mübadilə əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sakit okean regionunda ticarət yollarının kəsişməsində yerləşən Havay, Sizin xidmətlərinizi yüksək qiymətləndirir və Azərbaycanın Xəzər regionundakı əhəmiyyətini xüsusi vurğulayır.

Cənab Prezident, biz Sizin beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna liderlik rolunuzu, diqqətəlayiq uğurlarınız ilə qlobal səviyyədə həmkarlarınızın rəğbətini qazanmağınızı və yüksək nüfuza malik olmağınızı qeyd edərək Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar arzu edir, möhkəm cansağlığı diləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə