Politoloq: “Azərbaycanda tolerantlıq cəmiyyətin ayrılmaz həyat tərzinə çevrilib” MÜNASİBƏT
"Hesab edirəm ki, III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini tək humanitar baxımından izah etmək düzgün olmazdı. Azərbaycan üçün Forumun həm siyasi, həm də iqtisadi əhəmiyyəti mövcuddur". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, III Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün ən böyük əhəmiyyəti odur ki, bu, ölkəmizin potensialının nümayişi, Mədəniyyətlərarası, Sivilizasiyalararası dilaloqun məkanı, Bakının İslam mədəniyyətinin paytaxtı olması baxımından olduqca əhəmiyyətlidir: "Cənab Prezident İlham Əliyev həmin Forumda çıxışı zamanı qeyd etdi ki, bu gün Azərbaycanda tolerantlıq cəmiyyətin ayrılmaz bir həyat tərzinə çevrilib və ölkəmiz Multikulturalizmi dəstəkləyir. Azərbaycanda müxtəlif dinlər, mədəniyyətlər bir harmoniya şəklində yaşayır. Təbii ki, bütün bunlar çox vacib məsələlərdir. Ölkə Prezidenti həmçinin belə bir məqama da xüsusi diqqət yetirdi ki, bügünkü dünyada etimad böhranı mövcuddur. Müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcıları sanki daşıdığı dəyərlər kontekstindən çıxış edərək bölünür və özgələşirlər. Hesab edirəm ki, 70-dən çox ölkənin təmsilçiləri - Nobel mükafatçıları, ziyalılar, alimlər, dövlət xadimləri Bakıya toplaşmaqla, ölkəmizin apardığı daxili və xarici siyasəti dəstəkləmiş oldular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB