Aureliya Qriqoriyə ilk dəfə hazırlanan "Tarixi İmza" mükafatı təqdim edilib
Bu gün Moldovalı ombudsman Aureliya Qriqori Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlar, media rəhbərləri və nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin İlham İsmayılov moldovalı ombudsmana Ermənistanda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.
E.Süleymanova qeyd edib ki, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə riayət etməməsinə görə, bu münaqişə hələ də həllini tapmayıb. Lakin E.Süleymanova bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayının artdığını deyib: "Get-gedə dünyada bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artmaqdadır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar olub. Onlardan biri də məhz Aureliya xanım oldu ki, Ermənistan parlamentində bu məsələni tam çılpaqlığı ilə həqiqətə uyğun, faktlara əsaslanaraq qaldırdı. Lakin ermənilər heç bir cavab tampayaraq yenə də öz məkirli siyasətlərini dünyaya nümayiş etdirdilər və xarici ölkənin nümayəndəsinə qarşı qəddarlıqla reaksiya verdilər".
E.Süleymanova qeyd edib ki, Aureliya həm boyük cəsarət göstərdi, həm də ombudsmana məxsus bir hərəkət etdi: "Bu gün biz Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və ona öz təşəkkürümü bildirik".
Daha sonra Moldovanın ombudsmanı A.Qriqoriu Azərbaycan hökumətinə öz təşəkkürünü bildirərək qeyd edib ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir: "Biz bu problemin həlli istiqamətində fəaliyyətimizi artırmalıyıq. Çünki haqq-ədalət Azərbaycanın tərəfindədir".
A.Qriqoriu həmçinin, BMT Təhlükəsizilik Şurasının da bir sıra hallarda ədalətli mövqe tutmadığını söyləyib.
O təklif edib ki, Azərbaycan BMT strukturunda, mexanizmində köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etməlidir: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirməkdən imtina edir və məhz bu səbəbdən də mən Azərbaycanın BMT mexanizmində dəyişiklik etməyə təşəbbüs göstərməyə çağıram".
Daha sonra A.Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının haqlı mövqeyini müdafiə etdiyinə görə Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu və digər QHT-lər tərəfindən bır sıra mükafatlar, o cümlədən ilk dəfə hazırlanan "Tarixi İmza" mükafatı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB