Hikmət Çətin: "Forum bizə Azərbaycanın önəmli dövlət olduğunu göstərdi" Münasibət
"20 illik müstəqillik tarixi olan Azərbaycan hazırda dünyanın ən inkişaf etmiş ölkələri sırasında ən qabaqcıl yerlərdən birini tutur. Azərbaycanın tək bir problemi var, o da Dağlıq Qarabağdır. Təbii ki, bu tək Azərbaycanın deyil, eləcə də bütün regionun problemidir. İnanıram ki, bu problem tezliklə həll olunacaq. Azərbaycanın önəmli bir dövlət olduğunu bu Forum vasitəsilə də görmüş olduq. 70-dən çox ölkəni təmsil edən keçmiş dövlət başçılarının, dünya alimlərinin və Nobel mükafatçılarının bu tədbirə qatılması Forumun nə qədər əhəmiyyətli olmasından xəbər verir. Bir faktı xüsusi ilə qeyd etmək lazımdır ki, Forumda azad şəkildə fikir mübadiləsi aparıla bilirdi. Bakı Beynəlxalq Humanitar Forumu artıq dünya miqyasında böyük əks-səda doğurub. Bakı inkişaf etmiş bir çox Qərb dövlətlərinin şəhərlərindən heç də geri qalmır. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər". Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.
Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini deyən Hikmət Çətin vurğulayıb ki, bu tədbir bizə bir sıra mühüm məsələlərin müzakirəsinin və həlli yollarının tapılmasına imkan yaradır: "Forum çərçivəsində iqtisadi böhrandan çıxmağın yollarından tutmuş millətlərarası münasibətlərin möhkəmlənməsinədək bütün məsələlərlə bağlı müzakirələr aparılıb. Nobel mükafatçılarının və dünya miqyaslı digər alim və mütəxəssislərin bir araya gəldikləri bu Forumun getdikcə qlobal əhəmiyyət daşıdığı anlaşılır. Müxtəlif mədəniyyətləri, adət və ənənələri təmsil edən Forum iştirakçıları burada bir-birləri ilə tanış olur və qlobal əhəmiyyətli humanitar məsələlərə dair fikir mübadiləsi aparırlar. Bu da öz növbəsində qloballaşan dünyada bəşəriyyəti narahat edən məsələlərin həllinə, iqtisadi inkişafa öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB