"Azərbaycanda dövlət-din münasibətləri müvəffəqiyyətlə tənzimlənir”
"Azərbaycanın iqtisadi inkişafı bu ölkəyə səfərə gələn hər kəsdə böyük təəssürat yaradır. Mən Heydər Əliyev Fondu tərəfindən Romanın Kapitolini Muzeyində təmir işlərinin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu fikirləri III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqranda forum haqqında fikirlərini bölüşərkən deyib.
Dialoq, müzakirə, debatların keçirilməsi baxımından forumun əhəmiyyətinə toxunan P. Kasaqranda tədbirdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin iştirakını Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulayıb: "Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirirəm. Azərbaycanın geosiyasi mövqeyi bütün dövlətlər üçün açıqdır. Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə sayqı ilə yanaşdığını nümayiş etdirir. Bütün dünyada tolerantlığı ilə hörmət qazanmış Azərbaycanda dövlət-din münasibətləri müvəffəqiyyətlə tənzimlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB