Çexiyanın Palaski Universitetinin rektoru: “Forum şəxsi təfəkkürümün genişlənməsinə kömək edir” AÇIQLAMA

Çexiyanın Palaski Universitetinin rektoru: “Forum şəxsi təfəkkürümün genişlənməsinə kömək edir” AÇIQLAMA

"III Bakı Beynəlxalq Humanitar Forumu şəxsi təfəkkürümün, anlayışımın genişlənməsinə kömək edir". Bu sözləri SİA-ya Çexiya Respublikasının Palaski Universitetinin rektoru Miroslav Maşlan Forumla bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, ikinci dəfədir ki, Forumda iştirak edir: "Forumda iştirak etməyə gələndə Humanitar Forumun mahiyyəti haqqında heç bir anlayışım yox idi. Mən fizik olduğuma görə, bu anlayış məndən uzaq idi. Lakin forumda iştirak etdikdən sonra bu il yenidən iştirak etmək qərarına gəldim. Ona görə ki, mən Forum vasitəsilə dünyadakı problemlər haqqında məlumatlanıram".

Daha sonra Bakı haqqında müsbət sözlər söyləyən M. Maşlan ilk dəfə Bakıya 1983-cü ildə gəldiyini söyləyib. O vurğulayıb ki, ötən ilki səfəri zamanı Bakının inkişaf etməsi onu valeh edib: "Ötən il Bakıya ikinci dəfə gəldiyimdə buradakı inkişaf məni valeh etdi. İlk dəfə gördüyüm şəhərdən əsər-əlamət belə yox idi. Bakı çox müasirləşib. Mən deyərdim ki, paytaxtınız həm görünüş, həm iqtisadi, həm digər sahələr üzrə çox irəliləyib".

Bütün xəbərlər Facebook səhifəmizdə