"Davamlı inkişaf üçün regional mədəni müxtəliflik və yenilikçi texnologiyalar" adlı dəyirmi masa keçirilir

"Davamlı inkişaf üçün regional mədəni müxtəliflik və yenilikçi texnologiyalar" adlı dəyirmi masa keçirilir

III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf üçün regional mədəni müxtəliflik və yenilikçi texnologiyalar" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, moderator rolunda çıxış edən Rusiyanın ictimai əlaqələr üzrə prorektoru Sergey Aleksandrovich Markov deyib ki, bizim hər birimiz bərabərliyin tərəfdaşıyıq. Diqqətə çatdırılıb ki, burada əsas mədəni dəyişikliklər mühüm rol oynayır: "İnsan 18 yaşına qədər öz daxili orqanlarının verilməsi haqqında qərar verməlidir. Əgər o, bunu edə bilmirsə, həmin insan başqasının orqanlarını qəbul edə bilməz. Hesab edirəm ki, insanlar qərar verməmişdən əvvəl ilk olaraq bu barədə düşünməlidirlər".

Pakistan hökumətinin nümayəndəsi Rubina Saadat Qaimkhani III Bakı Beynəlxalq Hümanitar Forumunun təşkilinə və onun Azərbaycana dəvət olunmasına görə, Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımı, ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. O qeyd edib ki, bizim bütün fəaliyyətimiz ikili əməkdaşlığa əsaslanmalıdır: "Hesab edirəm ki, burada qarşılıqlı olaraq dialoqlar aparılmalı və yekdil fikrə gəlinməlidir. Bu mənada biz müxtəlif mədəniyyətləri, çətinlikləri aydın başa düşməli və onun aradan qaldırılmasının həllinə çalışmalıyıq".

Daha sonra Kolumbiya universitetinin rektoru John Lawrence, almaniyalı professor Dietwald Gruehn çxış edərək insanların iqlim dəyişikliklərinə qarşı adaptasiya olunmasını və daha təhlükəsiz enerji mənbələrindən istifadə edilməsini bildiriblər. Vurğulanıb ki, yeni texnologiyaların tətbiqi bu prosesləri daha da sürətləndirə bilər.

Qeyd edək ki, günün sonunda yekun bəyannamə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə