"Forum beynəlxalq intellektual cəmiyyətin meydançasıdır" Münasibət
"III Bakı Beynəlxalq Humanitar Forumu göstərdi ki, bu çox əhəmiyyətli və vacib beynəlxalq tədbirdir. Forum siyasətlərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşdükləri beynəlxalq intellektual cəmiyyətin meydançasıdır. Dünyada belə meydança tapmaq çətindir. Çoxlu sayda qonaqların gəlməsi isə müasir varlığın ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemlərini müzakirə etməyə ehtiyac olduğunu göstərir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Məlumat üçün bildirək ki, Mixail Şvıdkoy III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda dəyirmi masaya rəhbərlik edənlər sırasında olub.
Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB