Misir Mərdanov: "Forumlar Azərbaycanın iqtisadi inkişafını dünyaya tanıdır" MÜNASİBƏT
"Ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumun ölkəmiz üçün böyük əhəmiyyəti var. Ona görə ki, dünyanın tanınan adamları, dövlət xadimləri, alimləri Azərbaycana gəlir, ölkəmizi görür və ölkə başçısının rəhbərliyi ilə son illər həyata keçirilən işlərlə tanış olurlar". Bu sözləri SİA-ya AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktorun Misir Mərdanov Forumla bağlı münasibət bildirərkən deyib.
O bildirib ki, Forum çərçivəsində alimlərimiz xaricdən ölkəmizə gələn elm adamları ilə təmasda olur ki, bu da ölkəmizdə müəyyən sahələrin inkişafı üçün önəmli faktordur: "Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu gün 10 milyona yaxın əhalisi olan Azərbaycan bu boyda inkişaf yolu keçərək bu səviyyəyə çatıb və dünyanın çoxsaylı ölkələrdən Nobel mükafatı laueatları ölkəmizə gəlirlər. Bu çox böyük hadisədir. Azərbaycanın gələcək inkişafında da bu hadisələrin böyük rolu olacaq".
M.Mərdanov həmçinin vurğulayıb ki, Forumun sonunda sənəd imzalanacaq: "Sənəddə mühüm maddələr öz əksini tapacaq. Hər il Forumda iştirak edənlərin coğrafiyası dəyişilir, artır. Bu da Azərbaycanın dünyada tanınması itiqamətində ən ciddi addımlardan biridir . Çox təəssüf ki, indiyə kimi bizi MDB məkanında bazarla tanıyıblar. Bu Forumlar vasitəsilə isə Azərbaycanın tətbiq etdiyi iqtisadi inkişafı modeli, əldə etdiyi elmi uğurları da tanınır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB