Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi və Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlersi qəbul edib. SİA-nın məlumatına görə, hər iki ölkənin sabiq rəhbərləri yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycan ilə adıçəkilən ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB