"Aİ-nin şərq tərəfdaşlarına yanaşması fərdi olmalıdır"

"Aİ-nin şərq tərəfdaşlarına yanaşması fərdi olmalıdır"

"Avropa İttifaqına şərq tərəfdaşları ilə bağlı fərdi yanaşmaya əsaslanan yeni siyasət lazımdır. Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində müzakirələr Aİ-yə keyfiyyətcə yeni şərq siyasəti, ölkələrə fərdi yanaşmanın lazım olması qənaətinə gətirib çıxarmalıdır. Bu, Aİ-nin Azərbaycan kimi ölkələrlə tərəfdaşlığına strateji xarakter verəcək. Ümid edirəm ki, Aİ bu qərarı qəbul etməkdə qətiyyətli olacaq". SİA-nın məlumatına görə, bu fikirləri Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanov bu gün III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Estoniyanın sabiq prezidenti Arnold Ryuytel isə forumdakı çıxışında deyib ki, noyabrda Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində Ukrayna ilə azad ticarət zonasının yaradılması və assosiasiya haqqında sazişlər imzalanacaq, Gürcüstan və Moldova ilə isə həmin sənədlər paraflanacaq. O, postsovet məkanında həll olunmayan münaqişələrə toxunaraq gələcək nəsillərin bu problemlərin həllinə müvəffəq olacağını istisna etməyib: "Ümid edirəm ki, bu münaqişələrin kələfini açmağa səbrimiz çatacaq. Bunu bizdə olan travmalara malik olmayan övladlarımızın və ya nəvələrimizin edəcəyi istisna olunmur "hərbi qələbə qısamüddətli dəyərdir" və müharibənin yenidən başlanması ilə nəticələnə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə