Serbiyanın sabiq prezidenti münaqişələrin həlli üçün xüsusi bəyanatın verilməsini təklif edir
Dünya ictimaiyyətini təhdid edən münaqişələr tezliklə həllini tapmalıdır. SİA-nın məlumatına görə bunu lll Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışı zamanı Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib.
O bildirib ki, belə forumlar vasitəsi ilə dünyanı təhdid edən münaqişələrin həlli yolları tapılmalıdır: "Belə forumların keçirilməsi bizlərə münaqişələrin həll edilməsi istiqamətində yeni ideyalar bəxş edir. Ümid edirəm ki, sabah keçiriləcək panellərdə bu məsələ müzakirə olunacaq.
B.Tadiç bu forum vasitəsi ilə münaqişələri həll edilməsi istiqamətində xüsusi bəyanatın verməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB