İlham Əliyev: “Biz bu məsuliyyətə hazırıq” YENİLƏNİB

İlham Əliyev: “Biz bu məsuliyyətə hazırıq” YENİLƏNİB

"III Bakı Beynəlxalq Hümanitar Forum əməkdaşlıqla bağlı məsələlərdə Azərbaycanı sivilzasiyalararası dilaoqun aparılması üçün bir mərkəzə çevirir". SİA-nın məlumatına görə, Bunu bu gün Azərbaycan respublikasının Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı söyləyib.

"Bu Forum böyük şərəfli missiya, eyni zamanda böyük məsuliyyətdir: "Biz bu məsuliyyətə hazırıq. Bugünkü toplantı da məhz bunun bariz nümunəsidir. Əminəm ki, Forumda qəbul edilən qərarlar və gələcək birgə fəaliyyətimiz, dünyada beynəlxalq hümanitar əməkdaşlığa və inkişafa böyük töhvə verəcək" - deyə, dövlət başçısı sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda III Bakı Beynəlxalq Hümanitar Forumu öz işinə başlayıb. Forumda Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, deputatlar, 100-dən çox ölkədən rəsmi şəxslər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları", "XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bütün xəbərlər Facebook səhifəmizdə