Azərbaycanda 13 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunub. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.
Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunan gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB