Türkiyənin və Yaponiyanın Baş nazirləri Rəcəb Tayyip Ərdoğanla Sinzo Abe arasında görüş olub. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.
Dolmabaxçadakı iqamətgahda keçirilən görüş 2 saat davam edib. Görüşdə, həmçinin inşası nəzərdə tutulmuş AES haqqında fikir mübadiləsi aparılıb.
Baş nazirlər Suriya və İran məsələləri ilə də bağlı danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB