"Gürcüstandakı prezident seçkilərində bu ölkənin baş naziri Bidzina İvanişvilinin partiyasının dəstəklədiyi şəxsin dövlət başçısı seçilməsi Gürcüstan xalqının siyasi iradəsini nümayiş etdirir. Məlum olduğu kimi, bu ölkədə prezidentin səlahiyyətləri Konstitusiya ilə məhdudlaşdırılıb. Amma seçkilərdə Georgi Marqvelaşvilinin qalib gəlməsi o deməkdir ki, bundan sonra Gürcüstanda prezidentlə hökumət eyni siyasi xətti həyata keçirəcək". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Gürcüstanda prezident seçkilərinin nəticələri Azərbaycanla bu ölkənin münasibətlərinə təsir göstərməyəcək: "Bu ölkədə dövlət siyasətinin həyata keçirilməsində əsas rolu hökumət oynayır və Gürcüstanın baş naziri də Azərbaycana səfəri zamanı münasibətlərimiz haqda yüksək fikirlər söyləyib. Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Azərbaycanla yanaşı Gürcüstan da Cənubi Qafqazda vacib ölkədir".
Tərəflər arasında böyük əhəmiyyət kəsb edən müqavilələrin olduğunu xatırladan YAP icra katibinin müavini qeyd edib ki, hər iki dövlət bundan sonra da müqavilə öhdəliklərinə əməl edəcək: "Prezidentin dəyişməsi dövlət siyasətinin dəyişməsi demək deyil. Dövlətlərin siyasəti uzunmüddətli strategiyaya və perspektivə əsaslanır. Bu mənada Azərbaycan və Gürcüstan arasında mövcud olan yüksək münasibətlər bundan sonra da uğurla davam və inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB