Azərbaycan BMT Təhlükəsizlik Şurasının prezidenti qismində səfir Aqşin Mehdiyev Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri və xarici işlər naziri cənab Zlatko Laqumdjiya ilə görüşüb. Azərbaycanın BMT-dəki nümayəndəliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı dövlətlərimiz arasında həm iqtisadi, həm də siyasi sahədə münasibətlərin genişləndiyi vurğulanıb və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Azərbaycanın Sarayevodakı diplomatik missiyasının genişləndirilməsi, iqtisadi sahədə əməkdaşlıq və Bosniya və Herseqovina Parlamenti tərəfindən Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı bu ilin fevral ayında qəbul edilmiş qətnamə iki ölkə arasındakı əlaqələrinin inkişafının bariz nümunələri kimi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB