Politoloq: “Rusiya Gömrük İttifaqına daxil olması üçün Ermənistanı yalvardır” MÜNASİBƏT

Politoloq: “Rusiya Gömrük İttifaqına daxil olması üçün Ermənistanı yalvardır” MÜNASİBƏT

"Gömrük İttifaqına daxil olmaq üçün böyük mərhələlərdən keçmək lazmdır. Bu mərhələlər isə Ermənistan üçün qeyri-məqbuldur". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu Ermənistanın Gömrük İttifaqına (Gİ) daxil olması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan bu İttifaqa Rusiyanın təkidi ilə daxil olmağa cəhd edir. Onun sözlərinə görə, Rusiya bu addımla Ermənistanı ələ salır: "Rusiya bütün dünyaya göstərmək istəyir ki, Ermənistan heç kimdir. Rusiya Gömrük İttifaqına daxil olması üçün Ermənistanı yalvardır. O, Ermənistanın Avropa tərəfə getməsi üçün Gömrük İttifaqına qoşulmasına təhrik edir".

Hazırda Ermənistanın gərgin dövr yaşadığını deyən politoloq vurğulayıb ki, düşmən ölkənin bu vəziyyətə düşməsi vaxtilə apardığı məntiqi siyasətin nəticəsidir: "Ermənistan artıq nüfuzunu itirib. Düşmən ölkəyə futbol topu kimi baxır, ələ salırlar. Bütün bunlar Ermənistanın vaxtilə həyata keçirdiyi siyasətin nəticəsidir. O bilməliydi ki, hay-küynən irəli getmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə