Mais Səfərli: “Avropa Birliyi xristian klubunun yığnağıdır” AÇIQLAMA
"Hesab edirəm ki, müxalifətin xüsusilə "Milli Şura"nın 9 oktyabrda ölkəmizdə keçirilən seçkilərin nəticələrini müzakirə etməsi əbəs yerədir. Çünki onların deyəcəkləri heç bir söz qalmayıb. Aşıq sözünü qurtaran kimi neynim-neynim deyirsə, bunlar da saqqız kimi bu sözləri çeynəyə-çeynəyə gedir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli "Milli Şura"nın ötən gün keçirilən növbəti sessiyasında Cəmil Həsənlinin 9 oktyabrda ölkəmizdə keçirilən seçkilərin nəticələrindən narazı qalması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Avropa Birliyinin (AB) seçkilərin nəticəsi ilə bağlı verdiyi qərara gəlincə deyə bilərəm ki, bunların hər biri Avropadakı müəyyən dairələrin ölkəmizin inkişafından narahatçılıq keçirmələri ilə bağlıdır. Ümumiyyətlə, AB xristian klubudur. Təbii ki, bu xristian klub hansısa dövlətin inkişafının tərəfdarı deyil. Bunlar xeyli müddətdir ki, Türkiyəni AB-nin sərhədlərindən kənarda saxlayırlar. Bu gün müxalifət hakimiyyətə gəlmək üçün hər kəslə əməkdaşlıq etməyə hazırdır. Amma bir şeyi dərk etmək lazımdır ki, Azərbaycanda yalnız xalqın dəstəyini alan şəxs hakimiyyətə gələ bilər" – deyə, Partiya sədri əlavə edib.
Mais Səfərli bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin növbəti 5 il üçün ölkəmizə rəhbərlik etməsi rəsmən təsdiqlənib: "9 oktyabr 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tərəfindən dövlət başçısına verilən səslər, cənab İlham Əliyevin parlaq fəaliyyətinə, onun xalqımız qarşısındakı misilsiz xidmətlərinə verilən qiymətdir. Təbii ki, bunu hamı görür və bilir. Hətta seçkilərdən öncə Avropanın analitik və Amerika Birləşmiş Ştatlarının (ABŞ) müxtəlif siyasi araşdırmalar mərkəzlərinin apardığı rəy sorğularında da dövlət başçısı xalqın yüksək etimadını qazanan siyasətçi kimi dəyərləndirilib. Ən başlıcası isə cənab İlham Əliyevin bütün fəaliyyəti göz önündədir. Təbii ki, bu uğurlu fəaliyyəti heç kim dana bilməz. Hətta xarici dövlətlərdən gələnlər də görürlər ki, Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasındadır. İlham Əliyev seçimi tək Azərbaycanın deyil, bu, bizləri istəyən bütün dövlətlərin arzusu idi. Çünki ölkə başçısı tək Azərbaycanın inkişafını sevən siyasətçi yox, həmçinin dünyada sülhü və əmin-amanlığı dəstəkləyən prezidentdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB