Millət vəkili: “Azərbaycan Rusiya münasibətlərinə zərbə vurmaq cəhdi alınmadı” MÜNASİBƏT

Millət vəkili: “Azərbaycan Rusiya münasibətlərinə zərbə vurmaq cəhdi alınmadı” MÜNASİBƏT

"Azərbaycanın prinsipal mövqeyindən sonra Rusiyada baş verənlərə, orada başlanan anti- Azərbaycan təbliğatına son qoyuldu". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Rusiyada baş verən məlum hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, səfirlik işçilərinin Orxan Zeynalovla görüşü məhz Azərbaycan tərəfinin müraciətindən sonra baş tutub.

Həmyerlimizə qarşı edilənlərin düzgün olmadığını dilə gətirən millət vəkili vurğulayıb ki, məlum hadisələr ölkələr arasında münasibətlərin korlanmasına hesablanmışdı: "Ümumiyyətlə, Rusiya mətbuatında Azərbaycan oğlunun o cür qələmə verilməsi və ona qarşı göstərilən münasibət xoşagəlməz idi. Azərbaycan tərəfinin müraciətindən sonra, səfirliyin dəstəyi ilə Orxan Zeynalova məhkəmədə müdafiə olunması üçün vəkil təyin edilib. Bundan əlavə ölkəmizin təklifi əsasında Birulevoda yerləşən meyvə-tərəvəz bazasında çalışan azərbaycanlıların məhsullarının oradan çıxarılaraq digər bazarlara yerləşdirilməsi ilə bağlı danışıqlar aparıldı. Ümumiyyətlə düşünürəm ki, bu hadisələr sadəcə olaraq iki dövlət arasında münasibətlərə təsir etmək məqsədi daşıyırdı. Lakin buna çalışan qüvvələrin zərbə vurmaq istəyi heç də alınmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə