Baş nazir İlham Əliyevin ünvanına təbrik göndərib

Baş nazir İlham Əliyevin ünvanına təbrik göndərib

Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, telefon danışığımızdan sonra istərdim ki, prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha Sizi səmimi qəlbdən təbrik edim. Böyük məmnuniyyətlə qeyd edirəm ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrimiz Sizin prezidentliyiniz dövründə yeni mərhələyə qədəm qoyub. Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı xüsusilə enerji və investisiya qoyuluşu sahələrində çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı ümumi siyasi iradəmizin ifadə edilməsi imkanımız oldu. Bu kontekstdə mən bir daha təkrar edirəm ki, "Şahdəniz" konsorsiumunun Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin seçimi ilə bağlı bu yaxınlarda verdiyi qərar ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması istiqamətində çox vacib addımdır. Sizi əmin edirəm ki, Yunanıstan həm ikitərəfli qaydada, həm də Avropa İttifaqının üzvü kimi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrimizin dərinləşdirilməsi istiqamətində işi davam etdirəcək. Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə