Rasim Musabəyov: “Avropa Parlamentinin qətnaməsi Ermənistanı vahiməyə salmayacaq” AÇIQLAMA
"Düşünmürəm ki, Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarı olması ilə bağlı səsləndirdiyi fikirlər işğalçı Ermənistan dövlətini vahiməyə salsın". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, hər bir halda bu sənəd ermənilərin qarşısında məhdudiyyət qoyur: "Burada deyilir ki, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı ümumi "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısının torpaqlarını işğal altında saxlaya bilməz. Bu o deməkdir ki, əgər sabah ermənilər Avropa Birliyi ilə bağlı hər hansı sənədi imzalasa və o sənəddə müxtəlif məsələlər (Dağlıq Qarabağa aid olan hissə) öz əksini tapacaqsa, bunu ermənilərə yazdırmağa məcbur edəcəklər. Bu, konkret olaraq Avropa Birliyinin mövqeyidir ki, gərək bu işğala son qoyulsun. Amma bütün hallarda bu sənədin siyasi əhəmiyyəti və təsiri vardır".
Qeyd edək ki, ötən gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin "Şərq Tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvil Birgə Bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB