Fazil Mustafa: “Ötən gün Azərbaycan hakimiyyətinin növbəti uğurlu kadr islahatının şahidi olduq” AÇIQLAMA

Fazil Mustafa: “Ötən gün Azərbaycan hakimiyyətinin növbəti uğurlu kadr islahatının şahidi olduq” AÇIQLAMA

"Ötən gün Azərbaycan hakimiyyətinin növbəti uğurlu kadr islahatının şahidi olduq. Əgər biz ölkədə xalqa xidmət etməyi düşünürüksə, ilk növbədə formal kadr islahatlarını həyata keçirməliyik". Bunu SİA-ya millət vəkili Fazil Mustafa ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamından irəli gələn məsələlərə münasibət bildirərkən deyib

Parlament üzvü Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Baş nazirin müavini təyin olunmasını müsbət qiymətləndirib: "Hesab edirəm ki, bu dəyişiklik artıq ənənəni dəyişir. Belə ki, hazırlıqlı və köklü siyasətin yetkin kadrlarının bu prosesdə iştirak etməsi müsbət haldır".

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İsmət Abasov baş nazirin yeni müavinləri təyin ediliblər. Baş nazirin digər müavinləri Yaqub Eyyubov, Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənov isə öz postlarında qalıblar.

Bu arada millət vəkili Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalovla bağlı məsələlərə də münasibət bildirib: "Bu hadisə Azərbaycan və Rusiya münasibətləri sistemində heç bir dəyişiklik yaratmayacaq. Həmin olaylara rəsmi Moskvanın daxili işi kimi baxılır. Bizim bu proseslərə müdaxilə etməyimiz isə çox çətindir. Amma çalışmalıyıq ki, azərbaycanlılara qarşı münasibət hüquq çərçivəsində həyata keçirilsin".

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalov Rusiya vətəndaşı 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək barəsində həbs qəti imkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə