Filip Blanchart: “Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik olan bir ölkədir”

Filip Blanchart: “Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik olan bir ölkədir”

"Azərbaycan Belçika və Avropa üçün inanılmaz imkanlara malik olan bir ölkədir" SİA-nın məlumatına görə, bu sözləri Belçika Federal Parlamentinin (Nümayəndələr Palatası), parlamentin Xarici İşlər və Müdafiə komitələrinin üzvü Filip Blanchart Avropa Azərbaycan Cəmiyyətinin (AAC) suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu ölkənin geostrateji və geosiyasi əhəmiyyətindən başqa, onun əhalisi Cənubi Qafqazdakı digər dövlətlərlə müqayisədə Avropa ilə inteqrasiyaya daha çox can atır: "Bu səmimilik doğurdan da qeyri-adidir və ölkəyə Avropa və dünya ilə sıx əməkdaşlıq üçün geniş imkanlar vəd edir. Azərbaycanın özəlliyi ondadır ki, o, mədəni müxtəliflik və dini dözümlülük prinsiplərinə sadiq qalan bir dövlətdir. Sözsüz ki, bizim qarşımızda zəngin mədəni irsə və azad fikirli ruha sahib dünyəvi bir dövlət dayanıb".

Filip Blanchart həmçinin qeyd edib ki, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı bütün dünya üzrə ən yaxşı göstəricilər göstərən iqtisadiyyatlardan biri olub: "Azərbaycan yaxın gələcəkdə də Avropa üçün mühüm iqtisadi oyunçu mövqeyində qalmaqda davam edəcək. Bu iqtisadi temp beynəlxalq demokratik dəyərlərə əsaslanan cəmiyyətin qurulması prosesinin davam etdirilməsində çox vacibdir".

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə