"1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması tarixi hadisədir. Müstəqilliyin ilk illəri ağır olsa da, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna çıxdı. Hazırda müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır". SİA-nın məlumatına görə, bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, hazırda yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsidir ki, dövlətimiz bu problemin həlli istiqamətində zəruri addımlar atır: "Qarabağ həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir. Son illər Qarabağın tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi ilə bağlı ciddi elmi əsərlər nəşr olunur. Bu nəşrlərdə erməni saxtakarlığı tarixi faktlarla ifşa edilir. Görülən işlər Prezident İlham Əliyevin informasiya mübarizəsində hücum xəttində olmağımızla bağlı tövsiyəsinə uyğun şəkildə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB