Əhməd Davudoğlu: Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir
Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindan yaxşı vəziyyətdədir. "Anadolu" agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində deyib.
Türkiyənin qonşu ölkələrlə əlaqələrə böyük önəm verdiyini bildirən nazir Ermənistanla münasibətlərə də toxunub: "Türkiyə-Ermənistan münasibətləri 10 il əvvəlkindən daha yaxşı vəziyyətdədir, kaş ki bundan da yaxşı olaydı. Ermənistanla 2009-cu ildə protokol imzaladıq, lakin Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə qərar verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB